SON DƏQİQƏ

“Barselona” braziliyalı futbolçuyla anlaşdı

Tarix:15-06-2017, 14:59

“Barselona” klubun B komandasında top qovan müdafiəçi Marlon Santosla yeni müqavilə bağlayıb.

“Qafqazinfo” “Apasport”a istinadən xəbər verir ki, gənc futbolçuyla 3 illik anlaşma əldə olunduğu qeyd edilib.

Son mövsümdə “Barselona”nın B komandasında 25 oyuna çıxan braziliyalı futbolçu, əsas komandada da oynamaq şansı qazanıb.

Belə ki, ötən il katalonların baş məşqçisi Luis Enrike Santosa 3 matçda şans vermiş, gənc futbolçu sərgilədiyi oyunla diqqət mərkəzinə düşmüşdü.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN