SON DƏQİQƏ

"Barselona"nın sabiq prezidentini həbsdən buraxmaqdan ehtiyat edirlər

Tarix:16-06-2017, 10:03

İspaniya Prokurorluğu "Barselona"nın sabiq prezidenti Sandro Roselin araşdırma davam etdiyi müddətdə həbsxanadan çıxmasına icazə vermir.

SonXəbərlər goal.az-a istinadən xəbər verir ki, onun ev dustaqlığına çıxandan sonra İspaniyadan qaçmasından ehtiyat olunur. Belə ki, katalon funksionerin başqa ölkələrdə mülkiyyəti və biznesi var. Bundan başqa prokurorluq əməkdaşları iddia edir ki, Rosel Braziliyalı Futbol Federasiyasının eks prezienti Rikardo Teyşeyra ilə danışıb və onun köməyini istəyib. "Barselona"nın sabiq rəhbəri mayın 24-də 15 milyon həcmində "çirkli pulların yuyulması" ittihamı ilə həbs olunmuşdu.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN