SON DƏQİQƏ

Avroliqa: Azərbaycan voleybolçuları yarışlara məğlubiyyətlə başlayıb

Tarix:17-06-2017, 12:14

İyunun 16-da kişi voleybolçular arasında Avropa Liqasında start verilib.

Apasport.az saytının məlumatına görə, yığmamızın yer aldığı A qrupunun ilk görüşündə Albaniya İsveçlə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmanı albanlar qazanıb - 3:2.

Skopyedə keçirilən I dövrədə Azərbaycan millisi yarışa ev sahibləri – Makedoniya ilə oyunla başlayıb. Fərid Cəlalovun yetirmələri hər üç setdə rəqibindən zəif olub. Millimiz turnirə 0:3 hesablı məğlubiyyətlə başlayıb.


Avropa Liqası
I tur
Albaniya – İsveç - 3:2 (15:25, 23:25, 25:23, 26:24, 15:9)

Makedoniya – Azərbaycan - 3:0 (25:19, 25:19, 25:20)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN