SON DƏQİQƏ

"Şeydayev Azərbaycan millisini seçdiyinə peşman deyil"

Tarix:20-06-2017, 15:55

Danimarkanın "Orxus" klubunda çıxış edən Camaldin Xocaniyazov Rusiya mətbuatına müsahibə verib.

SonXəbərlər goal.az-a istinadən xəbər verir ki, əslən türkmənistanlı olan futbolçu sabiq komanda yoldaşı Ramil Şeydayev haqqında da danışıb:"Şeydayev Azərbaycan yığmasında çıxış etməkdən məmnundur. O, Azərbaycan millisində oynamaqdan zövq alır.

Ramil Azərbaycan millisində hər matça əsas heyətdə çıxır. Yüksək səviyyədə oynayır və seçiminə görə peşman deyil".Xocaniyazov Rusiyanın U-17 yığmasında 24, U-21 millisində isə 12 oyun keçirib. Onun hədəfi Rusiyanın əsas komandasında oynamaqdır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN