“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün ilk yoxlama oyununa çıxıb.
Çeçenistan komandasının son dəqiqələrdə vurduğu yeganə qol qarşılıqsız qalıb və "Qarabağ" məğlubiyyətə düçar olub.
Qeyd edək ki, daha əvvəl “Terek” adı ilə tanınan komanda Çeçenistanın mərhum prezidenti Axmat Kadırovun şərəfinə “Axmat” adlandırılıb.
Yoxlama oyunu
20 iyun
“Qarabağ” – “Axmat” - 0:1