2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb. Ağdam təmsilçisi ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.
Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.
Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan Kanibolotski daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.
Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.