SON DƏQİQƏ

Messi toyu üçün hədiyyə deyil, uşaq fonduna yardım istədi

Tarix:3-07-2017, 19:52

Dünən Argentina yığmasının və “Barselona”nın ulduzu Lionel Messi Argentinanın Rosario şəhərində Antonella Rokuçço ilə ailə həyatı qurub.

 

SonXəbərlər-in məlumatına görə, dünyanın müxtəlif yerlərindən toy gələn qonaqlar üçün 260 xüsusi təyyarə reysindən istifadə olunub. Qonaqlar arasında Messinin klub yoldaşları Neymar, Luis Suares, Jerar Pike, Fabreqas, Eto, Alves, eləcə də veteran futbolçular Karles Puyol və Xavi də olub. Bundan əlavə Messinin millidəki komanda yoldaşları Aquero və İquain də toy mərasimində iştirak ediblər. 

 

Bildirilir ki, Messi ilə Rokuçço uşaqlıqdan bir yerdə böyüyüblər və on ildən çoxdur ki, birgə yaşayırlar. Onların 2 oğlan övladı var. 

 

Qeyd edək ki, Lionel və Antonella toy mərasiminə gələcək qonaqlardan hədiyyə əvəzinə Messinin uşaqlara yardım məqsədilə təsis etdiyi xeyriyyə fonduna ianə etməyi xahiş ediblər. Mərasimdə cütlüyün istəyi ilə heç bir telefon istifadə edilməyib. Toyu 460 polis əməkdaşı mühafizə edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN