SON DƏQİQƏ

Konfederasiyalar Kubokunun qalibi müəyyənləşib

Tarix:3-07-2017, 15:52

Konfederasiyalar Kubokuna yekun vurulub. Kubokun qalibinin adına aydınlıq gələn oyunda Almaniya ilə Çili qarşılaşıb. Turnirin əsas favoritlərindən biri olan “bundestim”in bu matçda da minimal hesablı qələbə qazanaraq çempionluğunu elan edib.

 

Rusiyaya əsasən ehtiyat heyətlə yollanan Lövün komandası ilk hissədə vurduğu tək qola sevinib. Stindl almanları çempion edən qələbənin memarı olub.

 

Qeyd edək ki, bu, Almaniya millisinin ilk Konfederasiyalar Kuboku çempionluğudur.

 

Konfederasiyalar Kuboku – 2017

 

2 iyul

 

Final

 

Çili – Almaniya - 0:1

Qol: Stindl, 20

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN