"Bayern Munich"in baş məşqçisi Karlo Ançelotti növbəti mövsüm Çempionlar Liqasının səviyyəsi barədə fikir bildirib.
SonXəbərlər goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis tunirin çox çətin keçəcəyini proqnozlaşdırıb.
"Çempionlar Liqasında 4-cü dəfə qalib olmaq istəyirəm. Yeni mövsümdə bu turnirdə çempionluq daha çətin olacaq. Böyük ingilis klubları - "Chelsea", "Manchester United" Çempionlar Liqasına qayıdır. "Barcelona" və "Bavariya" zirvəyə qayıtmağa can atır. "Juventus" bir neçə əldən verilən imkandan sonra, nəhayət ki, titul qazanmaq istəyir. "Real" isə ardıcıl 3-cü dəfə turnirin qalibi olmağa çalışacaq. Bu komandaların və ambisiyalı PSG-nin məqsədi minimum yarımfinala vəsiqə qazanmaqdır. Onlar Avropanın ən yaxşı 4 klubu sırasında olmaq arzusundadır. Çempionlar Liqasında bu cür rəqabət hələ olmayıb".