SON DƏQİQƏ

Romelu Lukaku rəsmən “Mançester Yunayted”ə keçib

Tarix:11-07-2017, 10:28

“Mançester Yunayted” “Everton”dan transfer etdiyi Belçika yığmasının hücumçusu Romelu Lukakunun transferini keçidini rəsmən açıqlayıb.


Apasport.az-ın məlumatına görə, bu barədə “qırmızı şeytanlar”ın saytı xəbər yayıb. Tərəflər 5+1 şərti ilə müqavilə imzalayıblar.

İngiltərə mətbuatının yazdığına görə, “MY” vaxtilə Joze Mourinyonun rəhbərliyi altında “Çelsi”də oynamış futbolçuya görə “Everton”a 75 milyon funt-sterlinq təzminat ödəyib.

Qeyd edək ki, 24 yaşlı forvard Belçika millisində 59 qarşılaşmada 23 qola imza atıb. O, geridə qalan mövsümdə Premyer Liqada 37 oyun keçirib, 25 qol vurub.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN