SON DƏQİQƏ

Bu gün `Qəbələ`, `İnter` və `Zirə`nin Avropa Liqasında növbəti mümkün rəqibləri bəlli olacaq

Tarix:14-07-2017, 11:31

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. “Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan təmsilçiləri - “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkünü rəqibələri bəlli olacaq.

 

Püşkatmaya II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə yeni qoşulacaq 25 klub qatılacaq. Komandalar UEFA reytinqinə əsasən səpələnmişlərə və səpələnməmişlərə bölünüblər.

 

“Qəbələ” – “Yagelloniya” və “İnter” – “Fola Eş” cütləri səpələnməmişlər sırasındadırlar. Bu isə Azərbaycan klublarının mərhələ keçəcəkləri təqdirdə daha güclü rəqiblərlə üzləşəcəkləri anlamına gəlir. Əvəzində, “Zirə” rəqibi “Astra”nın yüksək əmsalına görə səpələnmişlərdəndir.

 

“Qəbələ” və “İnter”in mümkün rəqibləri sırasında “Zenit”, “Fənərbağça”, “Milan”, “Marsel”, “Everton” kimi kollektivlər var.

 

Avropa Liqası

III təsnifat mərhələsi

 

Səpələnmişlər

 

“Zenit” (Rusiya)

“Atletik” (İspaniya)

“Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi

“Fənərbağça” (Türkiyə)

“Sparta” (Çexiya)

“Milan” (İtaliya)

PSV (Hollandiya)

“Braqa” (Portuqaliya)

“Gent” (Belçika)

PAOK (Yunanıstan)

“Krasnodar” (Rusiya)

“Bordo” (Fransa)

“Everton” (İngiltərə)

“Marsel” (Fransa)

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Makkabi” (Təl-Əviv, İsrail) - “Reykyavik” (İslandiya) cütünün qalibi

“Frayburq” (Almaniya)

“Astra” (Rumıniya) - “Zirə” (Azərbaycan) cütünün qalibi

“Austriya” (Avstriya)

“Ferensvaroş” (Macarıstan) - “Midtyulland” (Danimarka) cütünün qalibi

“Panatinaikos” (Yunanıstan)

“Maritimo” (Portuqaliya)

“Syon” (İsveçrə)

“Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan) cütünün qalibi

“Rabotniçki” (Makedoniya) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

“Hoqesund” (Norveç) - “Lex” (Polşa) cütünün qalibi

“Apollon” (Kipr) - “Zarya” (Moldova) cütünün qalibi

“Şkendiya” (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibi

“Şemrok Rovers” (İrlandiya) - “Mlada Boleslav” (Çexiya) cütünün qalibi

 

Səpələnməmişlər

 

“Jelezniçar” (Bosniya və Herseqovina) - AİK (İsveç) cütünün qalibi

“Aleksandriya” (Ukrayna)

“Osiyek” (Xorvatiya) - “Lütsern” (İsveçrə) cütünün qalibi

“Brondbü” (Danimarka) - “Vaasa” (Finlandiya) cütünün qalibi

“Kalyu” (Estoniya) - “Videoton” (Macarıstan) cütünün qalibi

“Olimpik” (Ukrayna)

“Ostende” (Belçika)

“Proqres” (Lüksemburq) - AEL (Kipr) cütünün qalibi

“Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa) cütünün qalibi

“Slovan” (Slovakiya) - “Lyunqbyu” (Danimarka) cütünün qalibi

“İrtış” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Trençin” (Slovakiya) - “Bney Yehuda” (İsrail) cütünün qalibi

“Kayrat” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya) cütünün qalibi

“Aberdin” (Şotlandiya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) cütünün qalibi

“Valletta” (Malta) - “Utrext” (Hollandiya) cütünün qalibi

“Altax” (Avstriya) - “Dinamo” (Brest, Belarus) cütünün qalibi

“Şturm” (Avstriya) - “Mladost” (Monteneqro) cütünün qalibi

“Dinamo” (Buxarest, Rumıniya)

“Kork Siti” (İrlandiya) - AEK (Kipr) cütünün qalibi

“İnter” (Azərbaycan) - “Fola Eş” (Lüksemburq) cütünün qalibi

“Beytar” (İsrail) - “Botev” (Bolqarıstan) cütünün qalibi

“Vaduts” (Lixtenşteyn) - “Odd” (Norveç) cütünün qalibi

“Panionios” (Yunanıstan) - “Qoritsa” (Sloveniya) cütünün qalibi

“Norçepinq” (İsveç) - “Trakay” (Litva) cütünün qalibi

“Universtatya” (Krayova, Rumıniya)

“Valyur” (İslandiya) - “Domjale” (Sloveniya) cütünün qalibi

“Arka” (Polşa)

“Rujomberok” (Slovakiya) - “Brann” (Norveç) cütünün qalibi

“Liepaya” (Latviya) - “Suduva” (Litva) cütünün qalibi

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN