SON DƏQİQƏ

Çinliləri təhqir etdiyinə görə klubdan qovuldu

Tarix:25-07-2017, 17:10

“Çelsi”nin futbolçusu Kenedi komandadan qovulub. Sonxeberler.info-nun Apasport.az-a istinadən verdiyi mətbuata məlumatına görə, buna səbəb yarımmüdafiəçinin sosial şəbəkədəki paylaşımı olub.

 

Belə ki, Çində təlim-məşq toplanışında olarkən “zadəganlar”ın 21 yaşlı oyunçusu instaqram hesabından əvvəlcə Çinin, daha sonra isə çinlilərin ünvanına təhqiramiz sözlər yazıb. Yerli əhalinin kəskin narazılığından sonra daha bir paylaşım edən braziliyalı zarafat etdiyini bildirib və üzr istəyib.

 

“Çelsi” rəhbərliyi isə futbolçunun hərəkətinə görə, Çin xalqından üzr istəyib və onu Londona qaytarıb. Baş məşqçi Antonio Kontenin “qara siyahı”sına düşən Kenedi komandadan qovulub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN