SON DƏQİQƏ

"Qarabağ" - "Şerif" oyununa satılan biletlərin sayı açıqlandı

Tarix:25-07-2017, 09:56

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

 

Sonxeberler.info Sportal.az-a istinadən xəbər verir ki, geridə qalan 4 gündə satılan biletlərin sayı artıq 17 minə çatıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

 

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.

 

Qeyd edək ki, "Qarabağ" - “Şerif" matçı bu gün keçiriləcək və saat 21:00-da start götürəcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN