Bu gün Topaz Premyer Liqada 2017-18 mövsümünün püşkatması olacaq.
Qol.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 12:00-da başlayacaq. Püşkatmada ilk turda qarşılaşacaq rəqiblər və növbəti turların cədvəli bəlli olacaq.
Qeyd edək ki, ölkə çempionatının yeni mövsümündə 8 komanda iştirak edəcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”dir.