SonXəbərlər-in verdiyi məlumata görə, Braziliya milli komandasının və Çinin “Qunaçjou Everqrand” klubunun futbolçusu Paulinyo karyerasını İspaniya “Barselona”sında davam etdirəcək. Bu barədə "sport.es" saytı məlumat yayıb.
Məlumata görə, 29 yaşlı Paulinyonun transferini Çin klubunun baş məşqçisi Luis Felipe Skolari təsdiqləyib.
Kataloniya təmsilçisi futbolçuya görə 40 milyon avro ödəyib.