"Beşiktaş" "Valensiya"nın futbolçusu Alvaro Neqredonu transfer edib.
Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 31 yaşlı hücumçu ilə bu gün 3+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, bu transfer üçün "Beşiktaş" "Valensiya"ya 2 milyon 500 min avro təzminat ödəyəcək.