SON DƏQİQƏ

Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək

Tarix:17-08-2017, 16:58

Bu gün futbol üzrə Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək.

“Report”un məlumatına görə, qitənin fərqli ölkələrində ümumilikdə 21 matç baş tutacaq.

Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Ukrayna “Aleksandriya”sı Belarusda "BATE"-nin qonağı olacaq. Türkiyə təmsilçisi “Fənərbağça” isə Makedoniyada “Vardar”la üz-üzə gələcək.

Həmçinin “Ayaks” - “Rusenborq”, “Milan” - “Şkendiya”, və “Panatinaikos” - “Atletik” qarşılaşmaları da maraq kəsb edir.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri – “Zirə” və “İnter” II təsnifat mərhələsində, “Qəbələ” isə 3-cü raundda mübarizəni dayandırıb.
Avropa Liqası

“Pley-off” mərhələsi, ilk oyunlar

16 avqust

20:00. “Utrext” (Hollandiya) - “Zenit” (Rusiya)

17 avqust

21:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Skenderbeu” (Albaniya)
21:00. "BATE" (Belarus) - “Aleksandriya” (Ukrayna)
21:00. “Apollon” (Kipr) - “Midtyulland” (Danimarka)
21:00. “Krasnodar” (Rusiya) - “Srvena Zvezda” (Serbiya)
21:45. “Hafnarfyordur” (İslandiya) - “Braqa” (Portuqaliya)
22:00. PAOK (Yunanıstan) - “Ostersun” (İsveç)
22:00. “Vardar” (Makedoniya) - “Fənərbağça” (Türkiyə)
22:15. “Viktoriya” (Çexiya) - AEK (Kipr)
22:30. “Lüdoqorets” (Bolqarıstan) - “Suduva” (Litva)
22:30. “Altax” (Avstriya) - “Makkabi” (Təl-Əviv, İsrail)
22:30. “Panatinaikos” (Yunanıstan) - “Atletik” (İspaniya)
22:45. “Legiya” (Polşa) - “Şerif” (Moldova)
22:45. “Domjale” (Sloveniya) - “Marsel” (Fransa)
22:45. “Ayaks” (Hollandiya) - “Rusenborq” (Norveç)
22:45. “Vitorul” (Rumıniya) - “Zalsburq” (Avstriya)
22:45. “Brügge” (Belçika) - AEK (Yunanıstan)
22:45. “Osiyek” (Xorvatiya) - “Austriya” (Avstriya)
22:45. “Milan” (İtaliya) - “Şkendiya” (Makedoniya)
23:00. “Partizan” (Serbiya) - “Videoton” (Macarıstan)
23:05. “Everton” (İngiltərə) - “Hayduk” (Xorvatiya)
23:30. “Maritimu” (Portuqaliya) - “Dinamo” (Kiyev, Ukrayna)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN