SON DƏQİQƏ

Dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 8-ə çatıb

Tarix:6-09-2017, 11:41

Səudiyyə Ərəbistanının milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə yüksəlib.

 

"Report"un məlumatına görə, ərəblər Asiya zonasından mundiala qatılacaq son komanda olub. Bert van Marveykin baş məşqçi olduğu kollektiv həlledici turda Yaponiyaya 1:0 hesabı ilə qalib gəlib və Avstraliyanı top fərqində keçib. "Yaşıl qitə" komandası isə DÇ-2018-ə vəsiqə uğrunda "pley-off" matçlarında Suriya ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, daha əvvəl Asiya zonasından İran, Yaponiya və Cənubi Koreya milliləri mundialda iştirak hüququna yiyələnib. Digər 4 komanda isə təşkilatçı Rusiya ilə yanaşı, Braziliya, Meksika və Belçikadır. Dünya çempionatında ümumilikdə 32 ölkə yığması çıxış edəcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN