SON DƏQİQƏ

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

Tarix:28-09-2017, 10:12

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb.

 

Qol.az-ın məlumatına görə, dünən keçirilən 8 oyundan sonra millimizin mövqeyində dəyişiklik olmayıb. “Qarabağ”ın “Roma”ya 1:2 hesablı məğlubiyyəti reytinq xalımızın dəyişməz qalmasına səbəb olub. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.625 xalı var.

 

Ən yaxın izləyicimiz isə dəyişilib. .İki pillə irəliləyən Şotlandiya 23-cü sıraya yüksəlib. Britaniyalılar İsveçlə Belarusu arxada qoyub. Hazırda ölkəmiz yeni qonşusu Şotlandiyanı 0.500 xal qabaqlayır.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.050 xalı var.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN