SON DƏQİQƏ

Messi Puyola çatdı

Tarix:28-09-2017, 16:12

"Barselona"nın futbolçusu Lionel Messi üçün Çempionlar Liqasının qrup mərhələsində "Sportinq"lə (Lissabon) oyun(1:0) əlamətdar olub.

 

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu bu görüşlə Kataloniya təmsilçisində 593-ci matçına çıxıb. Bununla da o, "Barsa" tarixində ən çox oyun keçirən üçüncü futbolçu Karles Puyola çatıb.

 

Qeyd edək ki, bu göstəricidə ilk pillədə komandanın sabiq yarımmüdafiəçisi Xavi qərarlaşıb ( 767 oyun). Andres İnyesta 638 matçla 2-ci pillədədir.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN