SON DƏQİQƏ

“Barselona”da istefalar

Tarix:3-10-2017, 13:32

“Barselona” klubunun vitse-prezidenti Karles Villarubi və idarə heyətinin üzvü Xordi Mones istefa verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb La Liqanın ötən turunda “Las Palmas”la qarşılaşmanın təxirə salınmaması olub.

 

Məsələ burasındadı ki, Kataloniyada referendum səsverməsi ilə əlaqədar “Barselona” rəhbərliyi İspaniya Futbol Federasiyasından “Las Palmas”la matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya bu tələbi rədd etmiş, meydana çıxmayacağı təqdirdə “Barsa”nı 6 xalının silinəcəyi ilə hədələmişdi.

 

Qarşılaşma baş tutsa da, rəhbərlik federasiyaya etiraz əlaməti olaraq matçın boş tribunalar önündə oynanılmasını qərara almışdı. Görüşün keçirilməsi qərarından məmnun qalmayan Karles Villarubi və Xordi Mones vəzifələrindən istefa veriblər. Klubun daha bir neçə rəsmisinin onlara qoşulması gözlənilir.

 

Qeyd edək ki, “Las Palmas” üzərində 3:0 hesablı qələbə qazanan “Barselona” 7 turdan sonra itkisiz irəliləyir.

 

Həmçinin klub Kataloniyada müstəqilliklə bağlı referendumdan sonra keçiriləcək tətilə qoşulmağa qərar verib.

 

Yenicag.az xəbər verir ki, bu barədə klubun “Twiter” səhifəsində məlumat verilib. Məlumatda qeyd olunur ki, “Barselona” “Table for Democracy” ictimai hərəkatı tərəfindən elan olunmuş ümumi tətilə qoşulur:

 

“Ona görə klub sabah bağlı olacaq. Tətillə əlaqədar heç bir komanda, eləcə də gənclərdən ibarət kollektiv sabah məşqə çıxmayacaq”.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN