“Milliyə dəvət aldığımı biləndə təəccübləndim. Çünki ilkin heyətdə yer almamışdım. Buna görə Azərbaycan və San Marino ilə matçlara çağırılacağımı heç gözləmirdim. Yığmaya dəvət edilməyim mənim üçün gözlənilməz oldu".
Qol.az-ın məlumatına görə, bu sözləri Çexiya millisinin futbolçusu Yan Şikora ölkəsinin mətbuatına deyib.
Teodor Gebre-Selassie və Milan Şkodanın yığmadan kənarlaşdırılmasından sonra milliyə dəvət edilən "Slaviya"nın yarımmüdafiəçisi bütün diqqətini Azərbaycanla oyuna yönəltdiyini bildirib: "Azərbaycan və San Marino ilə matçlarda yaxşı nəticə qazanmalıyıq. Çünki seçmə mərhələni yüksək əhval-ruhiyyədə bitirmək istəyirik”.