SON DƏQİQƏ

"Barselona" futbol klubu Kataloniyada keçiriləcək tətilə qoşulub

Tarix:3-10-2017, 16:47

"Barselona" futbol klubu Kataloniyada müstəqilliklə bağlı referendumdan sonra keçiriləcək tətilə qoşulub.

"Report" xəbər verir ki, bu barədə komandanın "Twiter" mikrobloqunda yazılıb.

"Barselona" FK "Table for Democracy" ictimai hərəkatı tərəfindən elan olunmuş ümumi tətilə qoşulur. Ona görə klub sabah bağlı olacaq", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, heç bir komanda, eləcə də gənclər komandası sabah məşqə çıxmayacaq.

Kataloniyanın ictimai təşkilat və ittifaqları vətəndaşları oktyabrın 3-də keçiriləcək ümumi tətilə çağırıblar.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN