SON DƏQİQƏ

Simeonedən "Qarabağ"la oyun öncəsi yeni qərar

Tarix:27-10-2017, 16:46

"Atletiko" Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Qarabağ"la oyun öncəsi son məşqinə görüşün keçiriləcəyi "Metropolitano" stadionunda çıxmayacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadə yaydığı xəbərə görə, komandanın baş məşqçisi Dieqo Simeone Ağdan təmsilçisi ilə matçdan əvvəl son hazırlığa keçmiş stadionları "Visente Kalderon"da çıxmağa qərar verib. Lakin argentinalı baş məşqçi matçdan əvvəl jurnalistlərin suallarını "Atletiko"nun hazırkı arenası “Metropolitano”da cavablandıracaq.

Qeyd edək ki, "Atletiko" - "Qarabağ" görüşü oktyabrın 31-i keçiriləcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN