SON DƏQİQƏ

Qvardiola ayın ən yaxşısı seçildi

Tarix:17-11-2017, 17:00

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Mançester Siti”nin çalışdırıcı Xosep Qvardiola oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

O, Maurisio Poçettino ("Tottenhem"), Joze Mourinyo ("Mançester Yunayted") və Şon Dayçı ("Bernli") qabaqlayıb.

Qeyd edək ki, oktyabrda keçirdiyi 3 oyunun hamısında qalib gələn "şəhərlilər" 31 xalla turnir cədvəlinə başçılıq edir.

Xatırladaq ki, Qvardiola sentyabr ayının da ən yaxşısı seçilmişdi.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN