SON DƏQİQƏ

"Çelsi" klubu yeni stadionunun tikintisinə 1,11 milyard avro xərcləyəcək

Tarix:17-11-2017, 16:55

İngiltərənin "Çelsi" klubunun yeni stadionu Avropada ən bahalı arena ola bilər. "Report"un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, "zadəganlar" Londonda 60 min nəfərlik idman qurğusunun inşasına 1 milyard funt sterlinqdən (1,11 milyard avro) çox vəsait sərf edəcəklər.

Əvvəllər bu məbləğin smeta dəyərinin 500 - 550 milyon funt (560 milyon avro) olacağı bildirilirdi. Lakin yekun layihənin təsdiqlənməsindən sonra stadionun tikintisinin bir neçə dəfə baha başa gələcəyi müəyyənləşib.

Hələlik ən bahalı arenalar ABŞ-da yerləşir. Bunlar Nyu-Cersidəki "Metlayf Stadium" və Atlantadakı "Mersedes-Bens Stadium"dur. Hər iki arena amerikan futbolu üçün nəzərdə tutulub və 1,3 milyard avroya başa gəlib.

Yeni stadionda ilk görüşün 2024-2025 mövsümündə təşkili nəzərdə tutulub.

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bu komandalar noyabrın 22-də Bakıda üz-üzə gələcəklər.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN