SON DƏQİQƏ

"Real" Çempionlar Liqasının 50-ci səfər matçında qələbə qazanmış ilk komanda olub

Tarix:22-11-2017, 11:00

Madridin "Real" klubu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci tur matçında Kipr APOEL-ni 6:0 hesabı ilə darmadağın edib.

 

“Report” xəbər verir ki, bu qələbə "Kral klubu" üçün ÇL çərçivəsində keçirilən səfər matçlarında sayca 50-ci olub.

 

"Real" bu göstəriciyə görə, aktivində 49 səfər qələbəsi olan Kataloniya "Barselona"sını geridə qoyaraq birinci yerə çıxıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN