"Everton"un müvəqqəti baş məşqçisi müəyyənləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ronald Kumanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə müvəqqəti olaraq "Everton"un gənclər komandasının çalışdırıcısı Devid Ansvort təyin edilib.
Qeyd edək ki, D.Ansvort ötən mövsüm Roberto Martinesin ayrılmasından sonra da müvəqqəti olaraq əsas komandanı çalışdırıb.