“Real”ın futbolçusu Kriştiano Ronaldonun büstü klubun muzeyinə yerləşdirib.
Qol.az-ın məlumatına görə, büstü ispan heykəltaraş Xose Antonio Navarro hazırlayıb.
Qeyd edək ki, bu, Ronaldoya qoyulan ikinci büstdür. 2017-ci ilin əvvəlində Ronaldonun doğulduğu Madeyra şəhərinin aeroportunda da onun büstü qoyulmuşdu.