SON DƏQİQƏ

"60 yaşım da olsa, millinin təklifini rədd etmərəm" - Buffon

Tarix:28-11-2017, 11:27

"Yuventus"un qapıçısı Canluici Buffon yenidən İtaliya millisinə qayıda bilər.

Qol.az-ın məlumatına görə, bu barədə o, "Gran Gala del Calcio"ya açıqlamasında deyib: "Millidəki karyerama fasilə vermişəm. Həm "Yuventus", həm də İtaliya yığmasında özümü əsgər kimi görmüşəm. 60 yaşında belə olsam, milli komandadan gələcək təklifi rədd etmərəm. Çünki mənim fikrim budur".

Qeyd edək ki, C.Buffon DÇ-2018-in pley-off mərhələsində İsveçə uduzaraq mundiala vəsiqə qazana bilmədikləri oyundan sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN