SON DƏQİQƏ

Çempionlar Liqasında oyunların saatı dəyişdirilir

Tarix:30-11-2017, 16:00

Gələn mövsümdən Çempionlar Liqasının oyunları fərqli saatda keçiriləcək. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, artıq qrup mərhələsindən etibarən matçlar Bakı vaxtı ilə 23:45-də start götürməyəcək.

Belə ki, qitə futbol qurumu qarşıdakı 3 mövsümdə (2018-19, 2019-20, 2020-21) oyunların start fitinin indikindən 15 dəqiqə gec başlamasını qərara alıb. Hər oyun günü 2 qarşılaşma 22:00-da, 6 görüş isə 00:00-da başlayacaq. UEFA azarkeşlərin daha çox və keyfiyyətli oyun izləmələri üçün bu addımı atdığını bəyan edib.

Qeyd edək ki, gələn mövsümdən Çempionlar Liqasının formatı da dəyişdiriləcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN