SON DƏQİQƏ

Azərbaycan və Ermənistan yığmaları AVRO-2020-nin təsnifat mərhələsində eyni qrupa salınmayacaq

Tarix:8-12-2017, 11:25

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin və Millətlər Liqasının püşkatma mərasimləri zamanı Azərbaycan və Ermənistan ayrı-ayrı qruplara salınacaq.

"Report"un məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin bugünkü iclasından sonra mətbuat konfransında açıqlama verib.

O bildirib ki, eyni qayda Rusiya və Ukraynaya da şamil olunacaq. Çeferin belə bir addımı ölkələr arasındakı münasibətlərin qaydasında olmaması üzündən atdıqlarını söyləyib

AVRO-2020-nin püşkatma mərasimi 2 dekabr 2018-ci ildə İrlandiyanın paytaxtı Dublində keçiriləcək.

Final mərhələsinin oyunları isə 12 şəhərdə, o cümlədən, Bakıda təşkil olunacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN