SON DƏQİQƏ

“Barselona” klubu 9 milyon avroya müdafiəçi transfer edəcək

Tarix:12-12-2017, 15:53

İspaniyanın “Barselona” klubu qış fasiləsində Kolumbiya yığmasının futbolçusu Erri Minanı transfer edəcək.

“Report” AS-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hazırda Braziliyanın “Palmeyras” klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçi üçün 9 milyon avro ödəyəcək.

Keçidin yanvarda baş tutmasının səbəbi komandanın digər müdafiəçiləri – Samüel Umtitinin zədəli, Xavyer Maskeranonun isə gələcəyinin qeyri-müəyyən olmasıdır.

Qeyd edək ki, Mina daha əvvəl vətənində “Deportivo Pasto” və “Santa-Fe” komandalarında çıxış edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN