SON DƏQİQƏ

Ər-Riyad "Saudi Aramco"-nun səhmlərinin 3 faizini satmaq niyyətindədir

Tarix:15-10-2019, 10:16

Səudiyyə Ərəbistanı hakimiyyəti "Saudi Aramco" milli neft şirkətinin səhmlərinin 3 faizə qədərini yerli birjada yerləşdirmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, noyabrda reallaşa bilər.

"Financial Times" nəşrinin məlumatına görə, hazırda Səudiyyə fond birjasında məhz IPO Ər-Riyad üçün prioritetdir. Beynəlxalq meydançalardan birində listinq daha sonra ola bilər.

Daha əvvəl mənbələrə istinadən "Reuters" agentliyi bildirib ki, IPO "Saudi Aramco" 2019-cu ildən Səudiyyə birjasında səhminin 1 faizini yerləşdirməyə başlaya və 2020-ci ildə beynəlxalq meydançalardan birində satışı daha 1 faiz səhmlə davam etdirə bilər.

"Saudi Aramco"nun səhmləri əvvəllər bütovlükdə 2 trilyon dollar qiymətləndirilib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN