SON DƏQİQƏ

Azərbaycan ötən il xam neft ixracını 4,5% artırıb

Tarix:14-01-2020, 12:48

2019-cu ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 30,837 mln. ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu məbləğdə məhsulun dəyəri 14,814 mlrd. ABŞ dolları təşkil edib.

Xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 75,45% təşkil edib.

2019-cu ildə ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarınin miqdarı 2018-ci ildən 4,5% çox, dəyəri isə 5,8% az olub.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN