SON DƏQİQƏ

ABŞ strateji neft ehtiyatlarını satacaq

Tarix:10-01-2017, 16:38

ABŞ strateji ehtiyatlarından 8 mln. barel neft satmağı planlaşdırır. Fins.az-ın “İnterfax”-a istinadən verdiyi xəbərə görə, əldə olunan vəsait isə strateji neft anbarlarının və boru kəmərlərinin modernləşdirilməsinə yönəldiləcək.

ABŞ-ın Energetika Nazirliyi yanvarın 17-nə kimi neft alışına dair ərizələrin qəbulunu həyata keçirəcək. Tədarük isə mart və aprel aylarında baş tutacaq.

Bildirilir ki, növbəti 4 il ərzində ABŞ-ın strateji ehtiyatlarından ümumi dəyəri 2 mlrd. dollar təşkil edən yanacaq satışı həyata keçirilə bilər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN