SON DƏQİQƏ

3 bank filialının lisenziyası ləğv edildi

Tarix:6-04-2017, 16:08

Aprelin 5-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qəbul etdiyi qərarla BANK VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları, “NIKOYL IKB” ASC-nin isə “Masallı” filialının icazəsi ləğv edilib.

Məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası yayıb.

Banklar müraciətlərində filialların bağlanmasına səbəb kimi xərclərin optimallaşdırılmasını göstərir.

Direktorlar Şurasının iclasında “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsindən ötrü verilmiş icazənin də ləğvi müraciətinə baxılıb. Müraciət yerinə yetirilib.

Palata daha öncəki açıqlamalarında bu ildən 6 müxtəlifBANK filialının fəaliyyəti dayandırdığını demişdi.

2016-cı ildə ölkədə ümumilikdə 10-dan çox bankın lisenziyası ləğv edilib. Buna səbəb kimi həmin bankların öhdəliklərini yerinə yetirə bilməmələri göstərilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN