SON DƏQİQƏ

Bankların özbaşınalığı davam edir

Tarix:18-04-2017, 17:53

Azərbaycan kommersiya bankları hərracdan sonra valyuta məzənnəsinə yenidən dəyişiklik edib. Fins.az-ın araşdırmasına görə, bankların alış-satış qiymətlərində əks tendensiya müşahidə edilir.
Belə ki, “Amrahbank” ABŞ valyutasının alışını ucuzlaşdırıb, satışını bahalaşdırıb : alışı – 1.6650 manatdan 1.6600 manatadək; satışı – 1.6900 manatdan 1.6820 manatadək.
“Günaybank” isə hər ikisini ucuzlaşdırıb: alışı 1.6700 manatdan 1.6670 manatadək, satışı – 1.6880 manatadan 1.6830 manatadək.
“Bank Silk Way” yalnız satış qiymətini 1.5 qəpik ucuzlaşdırıb:  1.7030 manatdan 1.6880 manatadək. “NBC Bank” həmçini dolların satış qiymətini 1.6850 manatadan 1.6890 manatadək bahalaşdırıb.
“Bank of Baku” isə yalnız alışı bahalaşdırıb: 1.6500 manatdan 1.6550 manatadək.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN