Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar və ya 0,74% artaraq 49,33 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar və ya 0,56% artaraq 51,73 dollar olub.
*****
Amerika fond bazarında Dow Jones indeksi 0,19% - 20 940,51 bəndədək, S&P 500 0,19% - 2 384,20 bəndədək, NASDAQ 0,02% - 6 047,61 bəndədək ucuzlaşıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,46% - 7 203,94 bəndədək, Almaniya DAX-ı 0,05% - 12 438,01 bəndədək, Fransa CAC-40-ı isə 0,08% - 5 267,33 bəndədək azalıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,40 dollar artaraq 1 268,30 dollara, gümüş isə 0,07 dollar azalaraq 17,26 dollara satılıb.