SON DƏQİQƏ

ARDNF ilk dörd ayda hərraclarda 1 mlrd. dollardan çox vəsait satıb

Tarix:1-05-2017, 13:24

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aprel ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
 
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 220,8 mln. dollar məbləğində vəsait satılıb.
 
Xatırladaq ki, ARDNF yanvar-mart ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 793,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 4 ayı ərzində ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 15,1 mln. dollar təşkil edib.
 
Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN