SON DƏQİQƏ

Qızıl və neft ucuzlaşıb

Tarix:4-05-2017, 10:39

 

Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 20 957,90 bəndədək bahalaşıb, S&P 500 0,13% - 2 388,13 bəndədək, NASDAQ 0,37% - 6 072,55 bəndədək ucuzlaşıb.

 

 

 

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,21% - 7 234,53 bəndədək, Fransa CAC-40-ı 0,06% - 5 301,00 bəndədək azalıb, Almaniya DAX-ı 0,16% - 12 527,84 bəndədək artıb.

 

 

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,10 dollar azalaraq 1 240,40 dollara, gümüş isə 0,03 dollar artaraq 16,58 dollara satılıb.

 

 

 

*******

 

 

 

Dünya birjalarında neft ucuzlaşıb.

 

 

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar və ya 0,23% azalaraq 47,71 dollar təşkil edib.

 

 

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,18% azalaraq 50,70 dollar olub.

 

 

 

Neftin bahalaşmasına ABŞ-da özəl şirkətlərin benzin və xam neft ehtiyatlarının azalması ilə bağlı məlumatları səbəb olub.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN