SON DƏQİQƏ

Qızıl və neft bahalaşıb

Tarix:12-05-2017, 10:15

Amerika fond bazarında Dow Jones indeksi 0,11% - 20 919,42 bəndədək, S&P 500 0,22% - 2 394,44 bəndədək, NASDAQ isə 0,22% - 6 115,97 bəndədək ucuzlaşıb.

 

Avropa fond bazarlarında FTSE 100 indeksi 1,39% - 7 386,63 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,32% - 5 383,42 bəndədək, Almaniya DAX-ı 0,36% - 12 711,06 bəndədək ucuzlaşıb.

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,60 dollar artaraq 1 226,80 dollara, gümüş isə 0,13 dollar artaraq 16,39 dollara satılıb.

 

*******

 

Dünya birjalarında neft bahalaşıb.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar və ya 0,10% artaraq 47,88 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,04% artaraq 50,79 dollar olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN