SON DƏQİQƏ

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb

Tarix:18-05-2017, 10:00

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib.

 

Dövlət Statistika Komitəsindən SonXəbərlər-ə verilən məlumata görə, Mərkəzi Bankın məlumatlarına əsasən, 2017-ci il aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15533,3 milyon manat təşkil edib, onun 12185,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2016-cı il aprel ayının 1-i ilə müqayisədə 21,1 faiz azalıb.

 

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il aprel ayının 1-nə 6911,5 milyon manat təşkil edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN