SonXəbərlər-in verdiyi məlumata görə, dünyanın ən zəngin iş adamları ABŞ prezidenti Donald Trampla bağlı qalmaqal üzündən bir gecədə 35 milyard dollar itirib. Bu barədə "Bloomberg" xəbər verir.
Agentliyin məlumatına görə, tanınmış milyarderlərdən Bill Qeyts bir günə 1 mlrd dollar, Facebookun banisi Mark Zukkerberq 2 mlrd dollar, "Amazon"un qurucusu Ceff Besoz 1,7 mlrd dollar və "Zara"nın rəhbəri Amansio Orteqa 325 milyon dollar ziyan görüb.
Qeyd edək ki, ABŞ prezidenti FTB rəhbəri Ceyms Komini işdən çıxardıqdan və Trampın Rusiya ilə əlaqələrinin araşdırılması barədə xəbərlərdən sonra Amerika fond indeksləri aşağı düşüb.