SON DƏQİQƏ

Qızıl bahalaşıb, neft ucuzlaşıb

Tarix:23-05-2017, 10:02

Amerika fond bazarında Dow Jones indeksi 0,43% - 20 894,83 bəndədək, S&P 500 0,52% - 2 394,02 bəndədək, NASDAQ isə 0,82% - 6 133,62 bəndədək bahalaşıb.

 

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,34% - 7 496,34 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,15% - 12 619,46 bəndədək, Fransa CAC-40-ı 0,03% - 5 322,88 bəndədək ucuzlaşıb.

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,50 dollar artaraq 1 261,90 dollara, gümüş isə 0,03 dollar azalaraq 17,16 dollara satılıb.

 

********

 

Dünya birjalarında neftin qiyməti müxtəlif dinamika nümayiş etdirir.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar və ya 0,79% artaraq 50,73 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar və ya 0,41% azalaraq 53,65 dollar olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN