SON DƏQİQƏ

İnsanlar bankdakı vəziyyətdən narahatdırlar - Vahid Əhmədov

Tarix:24-05-2017, 13:41

Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın 2018-ci ildə özəlləşdiriləcəyini bildirib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, bütün bunlar ölkə başçısının 2015-ci ilin iyulunda"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında imzaladığı fərmandan irəli gəlir:

 

“Bildiyiniz kimi, hazırda Beynəlxalq Bankın çox ciddi problemləri var. Son hadisələrdən sonra Bankın passiv aktivləri artıb. Onun təxminən 7 milyard manatı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına verdilər. Hazırda müəyyən qərarlar üçün İngiltərədə səhmdarlarla görüşlər keçirilir. Restrukturizasiya məsələsi həll olunana kimi Beynəlxalq Bankla əlaqədar ciddi problem qalmayacaq. Təxminən 2018-ci ildə bank tam sağlamlaşdırılmış formada özəlləşməyə çıxarılacaq”.

 

İqtisadçı bildirib ki, bu bankın 90 faizdən çox səhmi dövlətə məxsusdur:

 

“Eyni zamanda burada əmanətlər həddindən çoxdur. İnsanlar da bankdakı vəziyyətlə bağlı narahatdır. Elə buna görə də parlamentdə bu məsələni dəfələrlə qaldırmışıq. Proses bu cür davam edər və restrukturizasiya həll olunarsa, digər təsisçi və kreditorlarla məsələ həll olunarsa, bank sağlamlaşacaq, 2018-ci ildə tam özəlləşəcək”.(modern.az)

 

 

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN