Neftin barreli 100 dollara qədər bahalaşa bilər. SonXəbərlər-in Gazeta.ru-ya istinadla verdiyi məlumat verir ki, “Thomson Reuters”in neft sahəsində tədqiqat layihələri və analitika üzrə bölməsinin qlobal rəhbəri Şakil Beqq bildirib.
“Təkliflə tələb bərabərləşərsə, 1 barrelin qiyməti 100 dollara çata və hətta bu səviyyəni keçə bilər”, -deyə Beqq nəşrə müsahibəsində bildirib.
Eyni zamanda, onun sözlərinə görə, bazar gözləntilərə uyğun hərəkət edir. Beləliklə, neftin qiymətinin artması üçün neft hasilatının və dünya ehtiyatlarının azalmasına inam olmalıdır.
“Təklifin tələb üzərində üstünlüyü sutkalıq 500 min barrel səviyyəsindən aşağı enərsə, qiymət 60 dolları keçəcək. Qiymətləndirməmizə əsasən, arada olan məsafənin bu cür azalması 2018-ci ildə baş tuta bilər”, - ekspert vurğulayıb.