İlin I rübündə Azərbaycana 60 min ton kartof (o cümlədən 7,2 min ton toxumluq) idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 20% azdır.
SonXəbərlər-in məlumatına görə, Gürcüstan Azərbaycana kartof ixracında liderdir. İlin 3 ayında qonşu ölkədən $4 mln 455 min məbləğində 22 min 395 ton kartof tədarük edilib. Ənənəvi tədarükçü İrandan isə 19 min 150 ton kartof alınıb. Eləcə də, RF, Türkiyə, Belarus, Pakistandan kartof idxal olunub.