SonXəbərlər-in verdiyi məlumata görə, azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus Rusiyanın "LUKOYL" şirkəti 1,45 milyard dollarlıq almaz biznesinin satışı üzrə sövdələşmənin başa çatdığını elan edib. "Arxenqelskqeoldobıça" Açıq Səhmdar Cəmiyyətinə məxsus səhmlərin 100%-i "Açıq Sənaye İnvestisiyaları" şirkətinə satılıb.
"LUKOYL"dan açıqlanıb ki, sövdələşmənin məbləği 1,45 mlrd dollar təşkil etsə də, ödəniş rublla həyata keçiriləcək.
"Arxenqelskqeoldobıça" Rusiyanın Arxangelsk vilayətinin ərazisində almaz çıxarılması ilə məşğul olur. Bu yataq 1995-ci ildə açılsa da, 2011-ci ildən orada aktiv fəaliyyətə başlanılıb.