SON DƏQİQƏ

Neftin qiyməti 5 faizdən çox aşağı düşüb

Tarix:26-05-2017, 11:39

OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı neftin ucuzlaşmasını sürətləndirib və “qara qızıl”ın qiyməti artıq 5 faizdən çox aşağı düşüb.  

 

“RİA Novosti”nin xəbərinə görə, dünən axşam saat 22.41-ə olan məlumata görə, Brent markalı neftin iyul füçerslərinin dəyəri 4,82 faiz aşağı düşərək 1 barelə görə 51,36 dollar olub.

 

WTI neftinin dəyəri isə 4,98% aşağı düşərək 1 barelə görə 48,80 dollar təşkil edib. Bundan əvvəl də neftin qiyməti 5 faizdən çox aşağı düşmüşdü.

  

Qeyd edək ki,  ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərar qəbul ediblər.

 

Azərbaycan qərarı dəstəkləyib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN